EN

ŞOK: Ölən valideynlərinin skeletlərini bir neçə il həyətdə saxlayıb

Yaponiyada bir kişi valideynlərinin qalıqlarını bir neçə il bağçasında saxlamaqda ittiham olunur.

Herbiand.az bildirir ki, bu barədə Japan Today xəbər verir.

Siqa prefekturasının Otsu şəhərindən olan 50 yaşlı Kazuya Hasino həbs edilib. Sosial işçilər polisə bildiriblər ki, oğulları ilə birlikdə yaşayan valideynlərlə uzun müddətdir əlaqə saxlaya bilmirlər. Hər ikisinin yaşı 70-dən çox olub.

Polis əməkdaşları Hasinonun bağında valideynlərinin skeletlərini tapıblar. Müstəntiqlər qalıqların bir neçə ildir orada olduğunu müəyyən ediblər. Ölüm səbəbi dəqiqləşdirilməyib.

O, valideynlərinin ölümü barədə məlumat vermədiyinə görə həbs edilib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
104
herbiand.az

1Sources