EN

Neftin qiyməti 7 ay sonra ilk dəfə 60 dollardan aşağı düşdü

Beynəlxalq bazarlarda Brent neftinin qiyməti may ayından bəri ilk dəfə 60 dollardan aşağı düşüb. Bakı vaxtı ilə saat 13:00-da Brent nefti 1,3% ucuzlaşma ilə 59,82 dollara ticarət olunub. 

Marja xəbər verir ki. ABŞ xam neftinin fyuçers müqavilələri də barel başına 56,3 dollara enərək 2021-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəsini gördü.

Neft qiymətlərinin düşməsinə Rusiya ilə Ukrayna arasında mümkün sülh anlaşmasına dair artan optimizm və davamlı təklif artıqdan yaranan narahatlıqlar təsir edib.

ABŞ rəhbərliyi dünən açıqlama verərək bildirib ki, Vaşinqton Kiyevə təhlükəsizlik zəmanətləri verməyi qəbul etməsi ilə Rusiya və Ukrayna arasında bir razılaşmanın heç vaxt olmadığı qədər yaxın ola biləcəyini qeyd edib. Açıqlamada torpaq məsələlərinin hələ həll olunmadığı da vurğulanıb. Mümkün bir razılaşmanın ABŞ-ın Rusiya nefinə tətbiq etdiyi sanksiyaların ləğv edilməsinin yolunu aça biləcəyi və bazara əlavə təklif yarada biləcəyi gözlənilir.

Bazarlar qeyd edir ki, OPEC+ istehsalçılarının əvvəllər məhdudlaşdırdıqları istehsalı yenidən işə salmaları və OPEC-dən kənar ölkələrin, xüsusilə Amerika qitəsindəki istehsalçıların istehsalı artırmaları səbəbindən bu il və gələn il qlobal neft bazarında təklif artıqı yaranacağı gözlənilir.

Buna əlavə olaraq, bazar günü açıqlanan zəif Çin iqtisadi göstəriciləri, dünyanın ən böyük xam neft idxalçısında enerji tələbinin yavaşlaya biləcəyi narahatlığını artıraraq qiymətlər üzərində təzyiq yaradıb. Bu hadisələr, ABŞ ilə Venesuela arasında artan gərginliyin yarada biləcəyi mümkün təklif kəsilmələri ilə bağlı narahatlıqları kölgədə qoyub.

Brent_neftineft_qiymətləriABŞ_xam_neftifyuçersmarja.azBrent_59.82_dollar56.3_dollarneft_bazarıRusiya_Ukrayna_sülhRusiya_Ukrayna_münaqişəsiABŞ_təhlükəsizlik_zəmanətləriOPEC+qlobal_neft_istehsalıneft_təklif_artımıÇin_iqtisadi_göstəricilərienerji_tələbinəft_bazar_trendləriVenesuelaneft_qiymət_düşməsineft_bazar_proqnozuenerji_bazar_analizi
Chosen
129
50
marja.az

10Sources