EN

22 yaşlı qadın cərrahiyyə əməliyyatından sonra vəfat edib – FOTO

Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, hadisə 19 radələrində Mərkəzi rayon xəstəxanasında qeydə alınıb.

Belə ki, Kürdəmir rayon Qarasu kənd sakini 2003 təvəllüdlü Nurməmmədova Məleykə Müsəllim qızı dekabr ayının 11 -də qadın xəstəliyi ilə bağlı xəstəxanaya müraciət edib. Həkimlər ona əməliyyat olmalı olduğunu bildiriblər. Dekabr ayının 12 isə qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsada Məleykə Nurməmmədova dekabr ayının 16-da saat 19 radələrində kəskin qaz azlığından dünyasını dəyişib.

Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər.

Qeyd edək ki, dünyasını dəyişən qadın 5 ildir ki evlidir və onun bu evlilikdən iki azyaşlı qızı var.

Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Chosen
72
14
nocomment.az

10Sources