Ajans.az xəbər verir ki, hadisə 19 radələrində Mərkəzi rayon xəstəxanasında qeydə alınıb. Belə ki, Kürdəmir rayon Qarasu kənd sakini 2003-cü təvəllüdlü Nurməmmədova Məleykə Müsəllim qızı dekabr ayının 11-də ginekoloji problemlə bağlı xəstəxanaya müraciət edib. Həkimlər ona əməliyyat təyin ediblər. Dekabr ayının 12 isə qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da Məleykə Nurməmmədova dekabr ayının 16-da saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər. Qeyd edək ki dünyasını dəyişən qadın 5 ildir evlidir və onun bu evlilikdən iki azyaşlı qızı var. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb