EN

5 gün əvvəl əməliyyat olunan qadın ÖLDÜ

Ajans.az xəbər verir ki, hadisə 19 radələrində Mərkəzi rayon xəstəxanasında qeydə alınıb.  Belə ki, Kürdəmir rayon Qarasu kənd sakini 2003-cü təvəllüdlü Nurməmmədova Məleykə Müsəllim qızı dekabr ayının 11-də ginekoloji problemlə bağlı xəstəxanaya müraciət edib.  Həkimlər ona əməliyyat təyin ediblər. Dekabr ayının 12 isə qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da Məleykə Nurməmmədova dekabr ayının 16-da saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər. Qeyd edək ki dünyasını dəyişən qadın 5 ildir evlidir və onun bu evlilikdən iki azyaşlı qızı var.

Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb

Chosen
61
14
Ajans.az

10Sources