EN

ABŞ 7 ölkəyə "giriş qadağandır" dedi

ABŞ yeddi ölkənin - Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşları üçün ölkəyə girişinə tam qadağa tətbiq edəcək.

Modern.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ AÄŸ Evin yaydığı bÉ™yanatda deyilir.

Bəyanata əsasən, bundan başqa, 15 ölkənin vətəndaşları üçün viza verilməsinə qismən məhdudiyyətlər tətbiq olunur: Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominika, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve.

Eyni zamanda, Vaşinqton Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulmuş qadağanı ləğv etmək, lakin immiqrasiya vizaları üzrə məhdudiyyəti qüvvədə saxlamaq qərarına gəlib

Chosen
57
5
modern.az

10Sources