Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Tunar Rəşad oğlu Şahmuradov münaqişə zəminində bıçaq xəsarətləri alıb.
Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Nicat Teymur oğlu Adıgözəlli şübhəli şəxs qismində saxlanılıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, dekabrın 16-da, saat 17:30-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Yuxarı ətraf qurşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.