AZ

Sumqayıtda 16 yaşlı gənc bıçaqlandı, həmyaşıdı şübhəli bilinir

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb. Pravda.az "Report"a istinadən xəbər verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb.

 

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Tunar Rəşad oğlu Şahmuradov münaqişə zəminində bıçaq xəsarətləri alıb.

 

Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Nicat Teymur oğlu Adıgözəlli şübhəli şəxs qismində saxlanılıb.

 

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, dekabrın 16-da, saat 17:30-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Yuxarı ətraf qurşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

 

Report

Tarix: 17 Dekabr 2025, 02:39   
Seçilən
68
16
pravda.az

10Mənbələr