EN

Gələn il Azərbaycanda mebel qiymətləri artacaq?- AÇIQLAMA

Bakı.Trend:

Azərbaycanda növbəti ildə mebel qiymətlərinin artmasıgözləniləndir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mebelİstehsalçıları Assosiasiyasının sədr müavini Tural Ozan məlumatverib.

O bildirib ki, mebel qiymətlərində artım bir neçə faktora əsasənbaş verir.

“Birincisi mebel hazırlanması üçün xammal, yarimfabrikatlar ,aksesuarlar ölkəmizə xarici ölkələrdən idxal olunur. Burada həmhəmin ölkələrdə mebel məhsullarının qiymətinin artması, eynizamanda dollar, avronun məzənnələrinin dəyişməsi , logistikaxərclərinin artması və sair kimi amillər nəticəsində ölkəmizə idxalolunan mebel məhsullarının, hazır mebellerin bahalaşmasına gətiribçıxara bilər", - Ozan əlavə edib.

Onun sözlərinə görə, dünyada baş verən müharibələr və siyasiproseslərdə iqtisadiyyata böyük təsiri var. Bəzən təkcə elə busəbəblərdən logistik xərclər iki və ya üç dəfə arta bilir.

"Daxili mebel istehsalında da bu amillər eyni təsir gücünəmalikdir .Ona görə də mebel qiymətlərinin artmasıgözləniləndir".

Sədr müavini qeyd edib ki, əsasən yanvar, fevral aylarında mebelistehsalı, mebel satışında durğunluq ayları, mart, aprel ayları isədaha hərəkətli aylar hesab edilir .

Chosen
128
6
az.trend.az

7Sources