Apasport saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Kristofer Nkunkunun “Milan”dakı çıxışı klub rəhbərliyini məyus edib.
Apasport.az xəbər verir ki, “Çelsi”dən transfer olunan fransız hücumçunun İtaliya təmsilçisində gözləntiləri doğrultmadığı bildirilir.
Nkunku müntəzəm olaraq meydana çıxsa da, hələlik “rossoneri”nin heyətində qol vura bilməyib. Bu səbəbdən klub rəhbərliyi futbolçu ilə yolların ayrılması variantlarını nəzərdən keçirməyə başlayıb.
Məlumata görə, Nkunkunun agenti Pini Zahavi artıq mümkün transfer üzərində işləyir.
Hazırda ən real variant fransız hücumçunun Səudiyyə Ərəbistanı klublarından birinə satılması hesab olunur.
“Fənər”in futbolçusu zədələndi - 2 ay MEYDANDA OLMAYACAQ
FIFA ilin rəmzi heyətini açıqlayıb - FOTO
"Ferents Puşkaş" mükafatının qalibi bəlli olub - VİDEO
Əvəzedicilər Liqası: XIV tura yekun vurulub
Luiz Enrike ən yaxşı baş məşqçi seçilib - FİFA TƏRƏFİNDƏN
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.