EN

Coğrafiya İnstitutu: 10 ildən sonra Xəzərin səviyyəsi yenidən arta bilər

BAKI, 17 dekabr. TELEQRAF

"10-15 ildən sonra Xəzərin səviyyəsi yenidən arta bilər".

Teleqraf xəbər verir ki, bu barədə Coğrafiya İnstitutunun illik fəaliyyət hesabatında qeyd olunub.

Bildirilib ki, Xəzər dənizinin səviyyə tərəddüdləri ilə bağlı geniş tədqiqat işləri aparılıb. Temperatur analizə əsaslanaraq Xəzər dənizinin hidroloji, iqlim dəyişmələrinin təsiri iləbağlı vəziyyəti müəyyən edilib.
Tədqiqat nəticələrinə görə, dəniz səviyyəsində azalma prosesi artıma doğru dəyişə bilər. Nəticələrə görə Xəzərdə suyun səviyyəsi 10-15 il sonra artmağa başlayacaq.

Chosen
82
teleqraf.com

1Sources