EN

Zəncirvari qəza baş verib, xəsarət alanlar var

Türkiyənin İstanbul şəhərinin Çekmeköy rayonunda yeddi avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Avtosfer.az yerli mediaya istinadən məlumatına görə, hadisə Taşdelen tunelində qeydə alınıb. Belə ki, tuneldə ilk olaraq iki avtomobil toqquşub, arxadan gələn 5 avtomobil isə qəza törətmiş nəqliyyat vasitələrinə çırpılıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Qəza səbəbindən tuneldə tıxac yaranıb.

FOTO QALEREYA
Chosen
35
2
avtosfer.az

10Sources