EN

Bakı Limanında rekord nəticə: illik konteyner aşırma tarixdə ilk dəfə 100 000 TEU-ya çatdı

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner aşırmagöstəricisi ilk dəfə olaraq 100 000 TEU səviyyəsinə çatıb.

Trend xəbərverir ki, bu barədə liman ərazisinə təşkil edilən mediatur zamanıməlumat verilib.

Bildirilib ki, bu nailiyyət Prezident İlham Əliyevin 25 fevral2025-ci il tarixli Fərmanı ilə Bakı Limanının “Azərbaycan DəmirYolları” QSC-yə birləşdirilməsi nəticəsində formalaşan vahidnəqliyyat idarəetmə sisteminin səmərəliliyinin göstəricisidir.Dəniz limanı və dəmir yolu əməliyyatlarının inteqrasiyası yükaşırmaproseslərinin sürətlənməsinə və logistik marşrutlarınoptimallaşdırılmasına imkan yaradıb. Bu ilin sentyabrında BakıLimanında bir sıra qurumların və ekspeditor şirkətlərinin birgəişlədiyi Vahid Keçid Mərkəzinin fəaliyyəti də limandaəməliyyatların daha çevik icrasına və yükaşırma göstəricilərinindavamlı artmasına dəstək verir. Görülən işlərin nəticəsi olaraqlimanın yükaşırmalarında rekord göstərici əldə olunub.

Bakı Limanı regionun və Orta Dəhlizin (Trans-Xəzər BeynəlxalqNəqliyyat Marşrutu) əsas qovşaqlarından biri kimi ticarət vəlogistika xəritəsində xüsusi strateji mövqe tutur. Qlobal tədarükzəncirlərinin yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz AsiyadanAvropaya və əks istiqamətə ən təhlükəsiz, rahat, çevik və qısatranzit marşrutu kimi əhəmiyyətini daha da artırıb. Bakı Limanıinfrastruktur imkanları, texniki göstəriciləri və təcrübəlimütəxəssisləri sayəsində regionun logistikasının inkişafına böyüktöhfə verir, regionda “Yaşıl Liman” (“EcoPort”) sertifikatına sahibilk liman kimi əməliyyatları beynəlxalq ekoloji tələblərə uyğuntəşkil edərək Orta Dəhliz üzrə daşımaların dayanıqlığını təminedir.

Bununla yanaşı, əgər 2020-ci ildə Bakı Limanı vasitəsilə 40 395TEU konteyner daşınmışdısa, 2024-ci ildə 76 775 TEU konteynerdaşınıb ki, bu da öz növbəsində 90% və ya 1.9 dəfə artım deməkdir.Cari ildə isə illik 100 000 TEU həddinin aşılması limanın konteynerəməliyyatlarının səmərəliliyini göstərir və növbəti il üçün dahayüksək proqnozlara əsas yaradır.

Məqalədə:
Chosen
103
10
az.trend.az

10Sources