EN

PSJ Qitələrarası Kubokun qalibi oldu


Fransanın PSJ klubu Braziliyanın “Flamenqo” klubunu məğlub edərək Qitələrarası Kubokun qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, oyun Qətərdəki Əhməd bin Əli stadionunda keçirilib.
Əsas vaxt 1-1 hesabı ilə başa çatıb. PSJ hesabı 38-ci dəqiqədə Xviça Kvaratsxeliya ilə açıb.
Daha sonra “Flamenqo” 62-ci dəqiqədə Jorjinyonun penaltidən qolu sayəsində hesabı bərabərləşdirib.
Əlavə vaxtda da qol vurulmayıb. PSJ penalti seriyasında 2-1 hesabı ilə qalib gəlib. Rusiyalı qapıçı Matvey Safonov Paris klubunun qapısını qoruyub və penaltilər seriyasında dörd penaltini dəf edib. Bununla da o, futbol tarixində FİFA turnirində ardıcıl dörd penalti zərbəsini dəf edən ilk qapıçı olub. Bu, Dünya Kubokunda, Klublararası Dünya Kubokunda, Qitələrarası Kubokda, Konfederasiyalar Kubokunda və ya Dünya Gənclər Çempionatında heç vaxt baş verməyib.
Qeyd edək ki, Qitələrarası Kubok, Avropa və Cənubi Amerika konfederasiyaları tərəfindən qitələrin əsas klub yarışlarının qalibləri olan UEFA Çempionlar Liqası (əvvəllər Avropa Çempionlar Kuboku) və Copa Libertadores arasında keçirilən futbol yarışmasıdır. 1960-cı ildən 2003-cü ilə qədər hər il keçirilən, daha sonra isə FİFA Klublararası Dünya Kuboku ilə əvəz olunmuşdu. Lakin, 2024-cü ildə Qitələrarası Kubok yenidən keçirildi və Real Madrid və Pachuca qalib gəldi.
Chosen
38
48
yeniavaz.com

10Sources