AZ

Rusiyalı qapıçı tarix yazdı, PSJ bu il 6-cı titulunu qazandı

Dekabrın 17-də Qitələrarası kubokun final görüşü baş tutdu.

"Football-plus.az" xəbər verir ki, Qətərin Ər-Rayyan şəhərində yerləşən ''Əhməd bin Əli'' stadionunda PSJ ilə ''Flamenqo qarşılaşdı.

Paris nəhəngi 120 dəqiqəlik mübarizədə favorit statusunu doğrulda bilmədi. İlk yarının sonlarına yaxın Kvaratsxeliya hesabı açıbsa, ikinci hissənin əvvəllərində Jorjinyo penaltini dəqiq yerinə yetirib. Əsas və əlavə vaxt 1:1 hesabı ilə yekunlaşdığından qalib penaltilər seriyasında müəyyənləşdi. Burda isə səhnəyə PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov çıxdı. O, seriyada inanılmaz, hətta tarixi performans sərgiləyərək 5 zərbədən 4-nü dəf etdi!

Oyunun ən yaxşısı seçilən Safonov PSJ-yə tarixinin ilk qitələrarası kubokunu qazandırdı. Maraqlıdı ki, Safonov futbol tarixində FİFA-nın keçirdiyi turnirdə ardıcıl 4 penalti dəf edən ilk əlcək sahibi oldu! Buna qədər belə hal nə DÇ, nə Klublararası DÇ, nə Qitələrarası kubok, nə Konfederasiyalar kubokunda, nə də gənclər arasında DÇ-lərdə baş vermişdi.

PSJ 2025-ci ildə ümumilikdə 6-cı titulunu qazandı. Paris nəhəngi buna qədər bu il Fransa daxilində çempionat, kubok, superkubok, eləcə də Çempionlar Liqası və Avropa superkubokunu qazanmışdı. PSJ futbol tarixində ''Barselona'' (2009) və ''Bavariya''dan (2020) sonra bir təqvim ilində 6 titul qazanan 3-cü klub oldu.

Seçilən
121
48
football-plus.az

10Mənbələr