EN

TFF bu ölkə ilə işbirliyi anlaşması imzaladı

Türkiyə Futbol Federasiyası özünə belə desək, yeni partnyor tapıb. Federasiya prezidenti İbrahim Hacıosmanoğlu çərşənbə günü Qətəri ziyarət edib. Onun bu səyahəti heç də boşuna deyilmiş. Belə ki, Qətərin paytaxtı Dohada TFF ilə Qətər Futbol Federasiyası arasında işbirliyi anlaşması imzalanıb. Tədbirdə Hacıosmanoğlu ilə onun qarşı tərəfdəki həmkarı Yassim bin Rəşid Əl Buaynayn iştirak edib. İşbirliyi anlaşmasına əsasən iki federasiya futbolla bağlı bütün məsələlərdə şərikli çalışmalar həyata keçirəcək, qarşılıqlı olaraq məlumat və təcrübələrini bir-biriləri ilə bölüşəcəklər. Bir neçə ümumi layihənin həyata keçirilməsi planlaşdırılır. Yəni iki ölkənin federasiyasının münasibətləri əvvəlki dönəmlə müqayisədə güclənəcək. Tədbirin ardından federasiya prezidentləri bir-birilərinə hədiyyə təqdim ediblər.
Yeri gəlmişkən, bir məlumatı da diqqətinizə çatdıraq. TFF rəsmi olaraq Türkiyədə qış transfer ''pəncərəsinin'' vaxtının dəyişdiyini açıqlayıb. Daha öncə qış transfer dönəminin 5 yanvar - 10 fevral tarixini əhatə edəcəyi açıqlanmışdı. Amma TFF-nin yeni qərarı ilə qışda klublar 2 yanvar - 6 fevral tarixlərində heyəti gücləndirə biləcək. Yəni qardaş ölkədə ''pəncərə'' fevralın 10-da yox, 6-da bağlanacaq.

Chosen
74
1
football-plus.az

2Sources