Kamboca ilə sərhəddə baş verən münaqişə nəticəsində həlak olan Tailand hərbçilərinin sayı 21-ə yüksəlib.
Bu barədə Tailand ordusundan məlumat verilib.
Qeyd edilib ki, dekabrın 17-də toqquşmalar zamanı iki Tailand hərbçisi həlak olub.
Kambocanın Daxili İşlər Nazirliyinin hesabatına görə, iki ölkə arasında münaqişənin kəskinləşməsi 18 kambocalının ölümü ilə nəticələnib.