EN

Həbib Nurməhəmmədovun yetirməsi birillik diskvalifikasiya olunub

Bakı, 18 dekabr, AZƏRTAC

Rusiyalı MMA döyüşçüsü Mövlid Xaybullayev Peşəkar Döyüş Liqasının (PFL) yarı yüngül çəki üzrə çempion titulundan məhrum edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 35 yaşlı idmançının avqustun 1-də PFL-in Dünya Turniri Finalı zamanı götürülmüş analizində qadağan olunmuş maddə aşkarlanıb.

Nəticədə Mövlid Xaybullayev bir il müddətinə, yəni 2026-cı ilin avqustuna qədər diskvalifikasiya olunub.

Qeyd edək ki, Xaybullayev Rusiyanın MMA əfsanəsi Həbib Nurməhəmmədovun yetirməsidir və karyerası ərzində 25 döyüşdən 24-də qələbə qazanıb.

Chosen
65
26
azertag.az

10Sources