AZ

Bacısı oğlunu diri-diri basdıran şəxs həbs olundu

Türkiyənin Hatay vilayətində dayısı tərəfindən diri-diri basdırıldıqdan iki gün sonra xilasetmə qruplarının sayəsində tapılan uşaq xəstəxanada koma vəziyyətindən çıxıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Suriya vətəndaşı olan 10 yaşlı Əmir Əl Cedduq hazırda özünü yaxşı hiss edir. 

Qeyd edək ki, azyaşlı ötən cümə günü məktəbdən evə qayıdarkən yoxa çıxıb. Oğlları ilə əlaqə saxlaya bilməyən ailə Reyhanlı Rayon Polis İdarəsinə məlumat verib. 200-dən çox kamera qeydi araşdırıldıqdan sonra Əmirin dayısı şübhəli kimi saxlanılıb.

O, bacısı oğlunun harada olduğunu bilmədiyini desə də, azyaşlı araşdırmalarla iki gün sonra başından xəsarət almış və diri-diri basdırılmış vəziyyətdə tapılıb. 

Əmirin etirafından sonra dayısı həbs olunub. 

Atası Məhəmməd Əl Cedduq onların hadisəni törədən dayı ilə heç bir problemlərinin olmadığını bildirib: "Ailə bağlarımız möhkəm idi, amma niyə belə etdiyini başa düşmürük". 

Ağarza Elçinoğlu

Seçilən
47
26
unikal.az

10Mənbələr