Prezident Emoməli Rəhmon parlamentindəki çıxışında Tacikistanda digər Orta Asiya dövlətlərindən 2 dəfə çox məscid tikdiyini və məscid tikintisinin artıq kifayət qədər olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, o əlavə edib: “Müsəlman kimliyimizi heç kim şübhəyə almayacaq”.
Emomali Rəhmon vurğulayıb ki, indi elm öyrənmək, sənətə yiyələnmək, tacik millətinin bilik səviyyəsini yüksəltmək vaxtıdır:
“Düz deyirəm, mövhumatla dövlət inkişaf etməz. Başqa millətlərin hara çatdığına və biz harada olduğumuza baxın".
Telegram kanalımız