EN

Yeni amnistiya kimlərə şamil olunacaq? - Hüquqşünas AÇIQLAYIB

"Amnistiya aktının layihəsində amnistiyanın 16 kateqoriyadan olan şəxslərə tətbiq edilməsi nəzərdə tutulur. Bu kateqoriyalara kimlərin daxil olduğunu açıqlaya bilərəm. Söhbət Azərbaycan Respublikasının ərazi suverenliyi uğrunda mübarizədə iştirak etmiş şəxslərdən, müharibələrdə iştirak etmiş şəxslərdən, şəhid olmuş şəxslərin ailə üzvləri və yaxın qohumlarından gedir. Eyni zamanda, Vətən müharibəsində iştirak etmiş şəxslər, şəhid olmuş şəxslərin yaxın qohumları, əsir və girov düşmüş şəxslərin qohumları da bu kateqoriyaya daxildir. Bundan əlavə, 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror tədbirlərində iştirak etmiş, həlak olmuş şəxslərin qohumları da amnistiya aktının şamil olunduğu kateqoriyalar sırasındadır".

QHT.az xəbər verir ki, bu sözləri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, bununla yanaşı, yalnız bu kateqoriyalarla məhdudlaşmır. Böyük Vətən müharibəsində və Birinci Qarabağ müharibəsində iştirak etmiş şəxslərin qohumları, Çernobıl hadisələrinin iştirakçıları, 20 Yanvar faciəsi və Xocalı soyqırımı qurbanlarının ailə üzvləri, əsir və girov düşmüş şəxslərin qohumları da nəzərdə tutulur. Həmçinin məcburi köçkünlər və onların qohumları, 1948–1953-cü, 1987–1991-ci illərdə Ermənistan ərazisindən deportasiya olunmuş şəxslər və onların ailə üzvləri də bu kateqoriyaya daxildir:

"Bundan əlavə, ayrı-ayrı sosial qruplar da nəzərə alınıb. Buraya qadınlar, 60 yaşdan yuxarı şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar, əmək qabiliyyətini 61 faizdən 100 faizə qədər itirmiş şəxslər daxildir. Yəni kifayət qədər geniş bir kateqoriya əhatə olunur.Amnistiyanın tətbiqi ilə bağlı digər mühüm məqam isə cinayətlərin xarakteridir. Böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlər törətmiş, ehtiyatsızlıq üzündən cinayət etmiş, beş ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin də amnistiya aktına düşməsi ehtimalı var".

 

Pərvanə Fərhadqızı

Chosen
97
qht.az

1Sources