EN

Hospitalda əsgərin ölümü ilə bağlı - RƏSMİ AÇIQLAMA

Hərbi Prokurorluqda əsgərin ölüm faktı üzrə araşdırma aparılır.
 
Bu barədə Moderator.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
 
Məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən müalicə olunduğu hospitalda 15 dekabr 2025-ci il tarixdə vəfat etməsi faktı əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.
 
Faktla bağlı hazırda araşdırma davam etdirilir.
 
Chosen
54
14
moderator.az

10Sources