
Ötən gün pnevmoniyadan öldüyü deyilən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsinin tələbəsi Əli Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər olub.
Bu barədə Missiya.Az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərov dekabrın 15-də xəstəlikdən müalicə olunduğu hospitalda vəfat edib.
Hazırda Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.
Faktla bağlı hazırda araşdırma davam etdirilir.