Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Erməni Apostol Kilsəsi ilə Ermənistan hökuməti arasında qarşıdurma davam edir.
Reyting.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bütün ermənilərin katolikosu II Qareginin ofisi 10 yepiskopun son açıqlaması ilə bağlı cəmiyyətdə yaranmış vəziyyətdən dərin narahatlıq ifadə edən bəyanat yayıb.
Bəyanatda deyilir:
“Müqəddəs Eçmiədzin Ana Taxtı bu təhlükəli toplantının təşkilinə təşəbbüs göstərən Müqəddəs Ataları ehtiyatlı olmağa çağırır. Xalqı fəlakətli iğtişaşlardan qorumaq və yalnız kilsənin kanonik prosedurları çərçivəsində hərəkət etmək üçün məsuliyyət nümayiş etdirilməlidir. Xalqın ən dərin hisslərindən sui-istifadə etməyə, məlum yalançı gündəm vasitəsilə kilsənin dindar övladları arasında nifaq salmağa, ermənilərin mənəvi mərkəzinin sülhünü və dua mühitini pozmağa ehtiyac yoxdur”.
Xatırladaq ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsi ilə qarşıdurma fonunda onu dəstəkləyən 10 yepiskopun yaydığı bəyanatı müdafiə edib və bu gün saat 17:00-da Müqəddəs Eçmiədzin Ana Taxtında bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb etmək məqsədilə onlara qoşulmağa çağırıb.
Bundan sonra əks tədbirlər elan olunub. Həbs edilən yüksək vəzifəli ruhanilər arasında primatı olan Erməni Apostol Kilsəsinin Araqatsotn Yeparxiyası Byurakan qəsəbəsində yerləşən Surb Ovannes kilsəsində planlaşdırılan birgə ibadətin Müqəddəs Eçmiədzin Ana Taxtında keçiriləcəyi barədə bəyanat yayıb. Həbs olunan ruhanilərə dəstək məqsədilə təşkil edilən birgə ibadətin bu gün saat 17:00-da, katolikosun istefasını tələb edən mitinqlə eyni vaxtda başlayacağı bildirilib. Demək olar ki, bütün müxalifət qüvvələrinin nümayəndələri artıq bu ibadətə qatılacaqlarını açıqlayıblar.
V. QULİYEV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.