EN

ABŞ ın bu addımına görə Çin qəzəbləndi

Axar.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın Tayvana iri həcmli silah satışı Pekinin kəskin etirazına səbəb olub. Çin bu addımın ölkənin suverenliyinə və təhlükəsizliyinə ciddi zərər vurduğunu bildirib və Vaşinqtonu beynəlxalq öhdəlikləri pozmaqda ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Szyakun deyib.

Diplomat bildirib ki, ABŞ-ın Tayvana müasir silahların satışını açıq şəkildə təsdiqləməsi “vahid Çin” prinsipinin və üç Çin–ABŞ birgə kommunikesinin müddəalarının kobud şəkildə pozulmasıdır. Onun sözlərinə görə, bu qərar Çinin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid altına qoyur.

O vurğulayıb ki, Pekin milli maraqlarını qorumaq üçün “qətiyyətli və təsirli tədbirlər” görəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
150
1
axar.az

2Sources