EN

Professor Məsud Əfəndiyev: Gələcəyimiz üçün memarlıq və inşaat çox vacibdir - qalib xalqımıza belə bir yaradıcılıq lazımdır VİDEO

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin keçdiyi 50 illik yol bugünkü tədbirdə gözümüzün qarşısında canlandı. AzMİU Azərbaycan üçün önəmli bir universitetdir. Memarlıq və inşaat bizim qalib xalqımıza yaraşan, Azərbaycan üçün vacib olan komponentlərdən biridir. Tədbirdə Memarlıq və İnşaat Universiteti barədə çox gözəl fikirlər səsləndi, onun müstəsna rol oynadığı vurğulandı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində dünyaşöhrətli alim, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri professor Məsud Əfəndiyev söyləyib.

2024-cü ildə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Birinci Forumunun keçirildiyini xatırladan professor Məsud Əfəndiyev deyib: “Həmin forumda biz - xaricdə yaşayan azərbaycanlı alimlər Azərbaycana elm və təhsil sahəsində necə kömək etmək məsələlərini bölüşdük. Bizimlə çox aktiv, dayanıqlı, stabil əməkdaşlıq edən universitetlərdən biri məhz Azərbaycan Memarlıq və İnşaat Universitetidir.

Bugünkü tədbirdə xeyli sayda xarici qonaqlar var. Həm öz adımdan, həm Dünya Azərbaycanlı Alimlər Birliyi adından AzMİU kollektivinə uğurlar arzu edirəm. Bizim gələcəyimiz üçün memarlıq və inşaat çox vacibdir - qalib xalqımıza məhz belə bir yaradıcılıq lazımdır”, - deyə professor fikrini yekunlaşdırıb.

Chosen
77
1
azertag.az

2Sources