ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Qanqalın Azərbaycanda isə 32 növü var. Gövdəsinin hündürlüyü 50-130 sm olan bu bitkini müxtəlif faydaları var. Belə ki, qanqal həzm sisteminin normallaşmasına, qaraciyərin təmizlənməsi və qorunmasına, sidik yollarındakı problemlərin həlli üçün, qan dövranının yaxşılaşdırılması və bədənin toksinlərdən təmizlənməsi üçün çox faydalıdır.
Qanqal lifli bitkidir və bu səbəbdən də həzm sistemini normallaşdıraraq, qəbizliyin qarşısını alır. Eyni zamanda iştahanı da artırır. Bununla yanaşı qaraciyər hüceyrələrini yeniləyir, qaraciyərin zərərli maddələrdən təmizlənməsinə kömək edir. Qanqal həm də qaraciyər yağlanmasının qarşısını alır.
Qanqaldan dəri xəstəlikləri zamanı da istifadə edilir. Beləki, sızanaq və iltihablanma zamanı qanqal dəmləməsi çox faydalı ola bilər.
Qanqal həm də bədəndə olan toksiki və zərərləri maddələri təmizləmə gücünə malikdir. Şəkərli diabet, bronxit, mədə ağrısı və s. xəstəliklərdə işə yaraya bilər.
Qanqalın zərərləri barədə ətraflı məlumat yoxdur. Amma heç bir otdan, bitkidən özbaşına istifadə etmək olmaz. Qanqalın istifadəsindən öncə də fitoterapevtlə məsləhətləşmək əsas şərtdir.
Qanqal bitkisinə ilin hər fəslində rast gəlmək mümkün olsa da, hər kəs istifadə edə bilməz.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.