GlobalInfo saytına istinadən ain.az xəbər verir.
ABŞ administrasiyasının Venesueladakı yerüstü hədəflərə mümkün zərbələr endirməsi üçün Konqresin təsdiqini almasına ehtiyac yoxdur.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdən canlı yayımlanan brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, qanunvericiləri məlumatlandırmağa etirazı yoxdur, lakin buna məcbur deyil. Tramp Konqres üzvlərinin Vaşinqtonun Venesuela ilə bağlı planları barədə məlumat sızdıra biləcəyindən də narahat olduğunu bildirib.
“Hərbi əməliyyatlar üçün Konqresin icazəsinin vacibliyi ilə bağlı suala cavab verən Tramp, “Mən onlara deməli deyiləm. Bu, sübut olunub”, – deyə vurğulayıb.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.