EN

Sərbəst buraxılan Danla Bilic onlara təşəkkür etdi

Jandarma bizimlə o qədər nəzakətli davrandı, elə bildik ki, evdə qonaq ediblər. Komandirlərim, hamınıza təşəkkür edirəm.

Publika.az xəbər xəbər verir ki, bunu Türkiyədə narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılan məşhur influnser Danla Bilic sərbəst buraxılandan sonra sosial mediada bildirib.

"Haber Global"da yayılan məlumata görə, digər saxlanılanlar aktrisa İrem Sak, müğənni Aleyna Tilki və sosial media fenomeni Mümine Senna Yıldız da tibbi prosedurlardan sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, polisin keçirdiyi əməliyyat zamanı aktrisa Melisa Döngel, müğənni Yusuf Güney və Cihan Şensözlü ünvanlarında tapılmayıblar.

Chosen
48
4
publika.az

5Sources