AZ

Sərbəst buraxılan Danla Bilic jandarma təşəkkür edib

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Jandarma bizimlə o qədər nəzakətli davrandı, elə bildik ki, evdə qonaq ediblər. Komandirlərim, hamınıza təşəkkür edirəm.

"Report" xəbər xəbər verir ki, bunu Türkiyədə narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılan məşhur influnser Danla Bilic sərbəst buraxılandan sonra sosial mediada bildirib.

"Haber Global"da yayılan məlumata görə, digər saxlanılanlar aktrisa İrem Sak, müğənni Aleyna Tilki və sosial media fenomeni Mümine Senna Yıldız da tibbi prosedurlardan sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, polisin keçirdiyi əməliyyat zamanı aktrisa Melisa Döngel, müğənni Yusuf Güney və Cihan Şensözlü ünvanlarında tapılmayıblar.

Bundan əlavə, xaricdə olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində axtarış qərarı çıxarılıb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
4
cebheinfo.az

5Mənbələr