EN

Putinlə dialoqun bərpası Avropa üçün faydalı ola bilər - Makron

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putinlə dialoqun bərpası Avropa üçünfaydalı ola bilər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Fransa prezidenti EmmanuelMakron bildirib.

Fransa lideri bu fikri Avropa İttifaqı ölkələrinin Ukraynaya 90milyard avro məbləğində maliyyə vəsaiti ayırmaq barədə razılığagəlməsindən sonra səsləndirib.

O qeyd edib ki, yaxın həftələrdə Avropa dövlətləri Rusiya ilətammiqyaslı dialoqun yenidən başlanması üçün uyğun yollar vəformatlar tapmalıdır.

Makron vurğulayıb ki, bu cür təmaslar təşkilatlanmış şəkildə, Aİölkələri arasında koordinasiyalı və tam şəffaflıq şəraitindəaparılmalıdır. O qeyd edib ki, dialoqun bərpası həm Fransanın, həmdə digər Avropa dövlətlərinin maraqlarına cavab verir.

Qeyd edək ki, iyul ayında Vladimir Putin və Emmanuel Makron üçildən sonra ilk dəfə telefon danışığı aparıblar. Söhbət zamanıliderlər Ukrayna ətrafındakı vəziyyəti, İranla İsrail arasındagərginliyin artmasını, eləcə də ABŞ-nin İranın nüvə obyektlərinəendirdiyi zərbələri müzakirə ediblər və Yaxın Şərq üzrə mövqelərinəlaqələndirilməsi məqsədilə təmasları davam etdirmək barədərazılığa gəliblər.

Məqalədə:
Chosen
61
1
az.trend.az

2Sources