EN

Səbaildə memarlıq abidəsinə müdaxilə: “İcra hakimiyyəti bunu niyə görmür” Memar

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

Memar Elçin Əliyev Səbail rayonunda dövlət tərəfindən qorunan memarlıq abidəsinə edilən kənar müdaxiləni ictimailəşdirib.

Hurriyyet.az-ın məlumatına görə, memar bildirib ki, şəhərin mərkəzində memarlıq abidəsinə müdaxilə edilir, ancaq heç bir aidiyyəti qurum, xüsusilə Səbail rayon İcra Hakimiyyəti bunun fərqində deyil:

“Həsən Seyidbəyli adına küçə ilə gedirəm və görürəm ki, dövlət tərəfindən qorunan memarlıq abidəsinin daxili fasadında tələsik şəkildə yeni qanunsuz çıxma balkon quraşdırılır! Yenə də bütün rəsmi qurumlar bunu görmür və sanki kor olublar! Bəs rayon İcra Hakimiyyətinin nümayəndələri haradadır?!”.

Xatırladaq ki, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovdur. O, 2018-ci ildən Səbail rayonuna başçılıq edir.

Səbail rayon icra hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz alındı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Tribuna.az)

Share

Tweet

Email

Share

Share

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
2
hurriyyet.az

3Sources