EN

Azərbaycana səfər edən əcnəbilərin sayı açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasınadünyanın 189 ölkəsindən 2,364 milyon və ya əvvəlki ilin müvafiqdövrü ilə müqayisədə 2 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxsgəlib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, gələnlərin 24,2 faizi Rusiya Federasiyası, 17,6faizi Türkiyə, 8,1 faizi İran, 6,4 faizi Hindistan, 4,3 faiziGürcüstan, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Qazaxıstan, 3,5faizi Pakistan, 2,6 faizi Çin, 2,5 faizi İsrail, 2,4 faiziÖzbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,5 faiziUkrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqlaBelarus və Böyük Britaniya, 1,0 faizi Küveyt, 12,5 faizi digərölkələrin vətəndaşları olub. Gələnlərin 66,7 faizini kişilər, 33,3faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı2,3 dəfə, Tacikistandan - 1,7 dəfə, İordaniyadan - 49,6 faiz,Çindən - 43,1 faiz, Özbəkistandan - 38,6 faiz, Qırğızıstandan -34,9 faiz, Yaponiyadan - 26,4 faiz, Qazaxıstandan - 20,3 faiz,Pakistandan - 12,5 faiz, İtaliyadan - 11,4 faiz, Almaniyadan - 10,3faiz artıb.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropaİttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,7 faiz artaraq 111,0min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8 faiz azalaraq380,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq804,5 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 2,5 faizartaraq 1067,7 min nəfər təşkil edib.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76faizi hava, 22,7 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniznəqliyyatından istifadə edib.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrəgedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,6 faizazalaraq 1947,0 min nəfər olmuşdur. Gürcüstana gedən AzərbaycanRespublikası vətəndaşlarının sayı 20,5 faiz, İrana gedənlərin sayı6,8 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,8 faiz,Türkiyəyə gedənlərin sayı isə 2,0 faiz azalmışdır. AzərbaycanRespublikası vətəndaşlarının 41,6 faizi Türkiyəyə, 14,4 faiziRusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,5 faizi İrana, 23,7faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,6 faizinikişilər, 36,4 faizini qadınlar təşkil etmişdir.

2025-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edənAzərbaycan Respublikası vətəndaşlarının 69,9 faizi hava, 28,2 faizidəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatındanistifadə etmişdir.

Məqalədə:
Chosen
47
33
az.trend.az

10Sources