AZ

Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,6 faiz azalaraq 1 milyon 947 min nəfər olmuşdur.

Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 20,5 faiz, İrana gedənlərin sayı 6,8 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,8 faiz, Türkiyəyə gedənlərin sayı isə 2,0 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,6 faizi Türkiyəyə, 14,4 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,5 faizi İrana, 23,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil etmişdir.               

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
20
marja.az

10Mənbələr