EN

"Trampın ən güclü silahı onun arvadıdır" - Lukaşenko

ABŞ prezidenti Donald Tramp siyasi məsələləri həll edərkən ən güclü silahından - həyat yoldaşından - daha tez-tez istifadə etməlidir".

"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. 

Lukaşenko hesab edir ki, Tramp ABŞ prezidentinin həyat yoldaşının siyasi məsələlərdə daha fəal iştirakından yalnız faydalanacaq. Belarus lideri zarafatla bildirib ki, qısqanclıq Ağ Ev rəhbərinin danışıqlar üzrə tərəfdaşları ilə əlaqələrini kəsməsinə səbəb ola bilər.

Melaniya Tramp (qızlıq soyadı Knavs) 1970-ci ildə Yuqoslaviyada anadan olub. Modellik karyerasına 17 yaşında başlayıb.

Melaniya gələcək ABŞ prezidenti ilə 1998-ci ildə Nyu-York Moda Həftəsində tanış olub. 2006-cı ildə cütlüyün Barron adlı bir oğlu olub.

Gülayə Mecid 

Chosen
92
1
unikal.az

2Sources