EN

“Barselona” 17 yaşlı hücumçuya “elçi düşüb”

Belçikanın “Brügge” klubunda çıxış edən 17 yaşlı hücumçu Yesse Bisivunun adı “Barselona”nın transfer planlarına daxil edilib.

Msport.az xəbər verir ki, katalon klubu gənc futbolçunu gələcək üçün perspektivli variant kimi dəyərləndirir.

“Barselona” artıq futbolçunun ətrafı ilə ilkin danışıqlar aparıb. Görüşlərdə mümkün keçidin 2026-cı ilin yayında reallaşması müzakirə olunub.

Qeyd edək ki, Yesse Bisivu “Brügge”nin akademiyasında yetişib və sürəti, driblinqi və təkbətək epizodlardakı effektivliyi ilə skautların diqqətini cəlb edir.

Chosen
33
1
msport.az

2Sources