EN

Malayziyada 15 mindən çox insan təxliyə edildi

Malayziyada baş verən şiddətli daşqınlar səbəbindən 15.000-dən çox insan müvəqqəti yaşayış mərkəzlərinə təxliyə edilib.

Ölkə.az xəbər verir ki, bu barədə "Bernama" xəbər agentliyi məlumat verib.

Bildirilir ki, krallıqda təxliyə edilən sakinlərin sayı 15.358 nəfərdir. Fəlakət Malayziyanın Pahanq (13.472 məcburi köçkün), Terengganu (1.344), Johor (356) və Kelantan (186) ştatlarına təsir edib.

2024-cü ildə Malayziyada baş verən daşqınların vurduğu zərərin həcmi 933,4 milyon ringgit (təxminən 228,6 milyon dollar) təşkil edib ki, bu da ölkənin ÜDM-nin 0,05 faizi ilə müqayisə olunur.

Həmidə İbrahimova

Chosen
111
1
olke.az

2Sources