EN

Məşhur sənətçinin yaratdığı fond ləğv edilib

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Moskva şəhərinin Tverskoy məhkəməsi Rusiyanın Xalq artisti Nadejda Babkinaya məxsus xeyriyyə fondunun ləğvinə qərar verib.

Reyting.az xatırladır ki, "Mədəniyyət xadimlərinə dəstək fondu" 1996-cı ildə təsis edilib. Bu fondun əsas məqsədi rusiyalı yaşlı, təqaüdçü artistlərə maddi dəstək vermək, sosial problemlərinə yardım göstərmək olub.

Fond son illərdə təxminən 68 min rubl zərərlə üzləşib.

İddia olunur ki, Babkina hüquqi şəxsin ləğvi üçün ilk dəfə özü təşəbbüs göstərib, məhkəmə isə bu iddianı təmin edib. Kreditorların tələblərini irəli sürməsinə iki ay vaxt verilib.

Lakin bəzi şayiələrə görə, Babkina həqiqəti söyləmir və baş verənlərin arxasında başqa səbəblər dayanır. Son illər böyük səhnədə az-az görünən, Rusiya-Ukrayna savaşının məyusluğunu yaşayan və hakimiyyətdən küskün olduğu söylənilən, ölkənin məşhur sənətçisi həmişə Kremlin "sevimlisi" kimi tanınan Nadejda Babkinanın fondla bağlı gözlənilmədən bu cür könüllü addım atması müxtəlif şübhələr yaratmağa başlayıb.

Nadejda Babkina geniş açıqlama verməyib və düzgün addım atdığını vurğulayıb.

Digər rəsmi məlumatlarda qeyd olunur ki, fondun son ciddi maliyyə uğuru 2021-ci ildə olub. Həmin il Babkinanın təsisçisi olduğu "Mədəniyyət xadimlərinə dəstək fondu" 70 milyon rubl gəlir və 48 milyon rubl isə xalis mənfəət əldə etmişdi.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
115
reyting.az

1Sources