EN

Magistraturaya qəbul imtahanlarında bu mərhələ ləğv edildi

Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi növbəti il magistraturaya qəbul imtahanlarına xarici dilindən danışıq bloku əlavə etməyəcək.

Hafta.az DİM-ə istinadən xəbər verir ki, qaydanın tətbiqi tarixi hələ müəyyən edilməyib. Amma rəsmi açıqlamaya görə, 2026-cı ilin qəbul imtahanlarında da bu istiqamətdə hər hansı dəyişiklik gözlənilmir.

Xatırladaq ki, DİM daha əvvəl magistratura imtahanlarında xarici dil biliklərinin daha dərindən yoxlanılması üçün danışıq blokunun əlavə ediləcəyini anons etmişdi. Lakin bu yeniliyin tətbiqi tarixi müəyyən edilməmişdi.

Chosen
97
hafta.az

1Sources