Dünyanın ən kiçik robotu insan bədəninin içində səyahət edəcək
7News.az xəbər verir ki, ABŞ-ın Pensilvaniya Universiteti və Miçiqan Universitetinin tədqiqatçıları dünyanın ən kiçik tam proqramlaşdırıla bilən və avtonom robotlarını hazırlayıblar. Gözlə çətin görünən bu mikroskopik üzgüçü robotlar ətraf mühiti qavrayıb ona uyğun reaksiya verə bilir, aylarla işləyə bilir və maya dəyəri cəmi bir sentə başa gəlir.