EN

"Şəki"yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda 2-ci liqada baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.

“Qaradağ Lökbatan” – "Şəki” oyununa qonaq komandanın gəlmədiyinə görə matç baş tutmadığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 1000 manat cərimə edilib.

“Şəmkir” – “Quba” oyununda “Şəmkir”in 5 futbolçusu sarı vərəqə adığı üçün klub 70 manat cərimə edilib. Matçın 90+6-cı dəqiqəsində “Şəmkir”in futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, “Şəmkir” 50 manat cərimə edilib.

Matçın 90+7-ci dəqiqəsində “Şəmkir”in azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə klub 600 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəmkir”in meneceri Taleh Əliyev hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb, klub 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəmkir”in rəsmisi Elçin Qurbanov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb, klub 1000 manat cərimə edilib.

“Ağdaş” – “Dinamo” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə adığı üçün klub 70 manat cərimə edilib.

Chosen
32
2
football-plus.az

4Sources