EN

Aİ Moskvaya ziddiyyətli mesaj verdi: Ukraynaya dəstəyə maraq azalır — Financial Times

Avropa İttifaqının Ukraynaya 90 milyard avro həcmində kredit ayırmaq qərarı Berlində “Moskvaya aydın mesaj” kimi təqdim olunsa da, bu addım Aİ daxilində dərinləşən fikir ayrılıqlarını və Kiyevə əlavə dəstəyə qarşı artan müqaviməti üzə çıxarıb.

Financial Times yazır ki, iri maliyyə paketinin razılaşdırılması üzv ölkələr arasında ciddi müzakirələr fonunda baş tutub. Bir sıra dövlətlər Ukraynaya uzunmüddətli maliyyə öhdəliklərinin Aİ büdcəsinə və milli iqtisadiyyatlara əlavə yük yaradacağından narahatdır.

Almaniya kansleri Fridrix Merts sözügedən qərarı “Moskvaya birmənalı siqnal” kimi qiymətləndirsə də, nəşr vurğulayır ki, Avropa paytaxtlarında Ukraynaya yardımın həcmi və davamlılığı ilə bağlı siyasi konsensus əvvəlki dövrlərlə müqayisədə zəifləyib.

Analitiklərin fikrincə, bu tendensiya Aİ-nin Ukrayna siyasətində gələcək mərhələlərdə daha çətin danışıqlara və kompromislərə yol aça bilər.

//Samir Qurbanov, Editor.az

Chosen
108
editor.az

1Sources