EN

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 yanvar 2026-ci ilədək müddəti əhatə edirdi.

"Cebheinfo.az"

Chosen
56
49
cebheinfo.az

10Sources