EN

“Qarabağ” internat tipli məktəbin şagirdləri ilə görüşdü

Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri bu gün “Qarabağ” Futbol Klubunun qonağı olublar.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə “Qarabağ”ın baş direktoru Emrah Çelikel, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, baş məşqçi Qurban Qurbanov, komandanın üzvləri, həmçinin adıçəkilən məktəbin müəllimləri iştirak edib.

Bildirilib ki, səmimi və xoş atmosferdə keçən görüş zamanı Qurban Qurbanov və futbolçular şagirdlərlə yaxından ünsiyyət qurub, onlarla xatirə şəkilləri çəkdiriblər.

Chosen
50
13
football-plus.az

10Sources