EN

Azərbaycan benzinini daşıyan 22 vaqon KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

1300 ton həcmində “A95” markalı benzini daşıyan 22 vaqon Azərbaycan-Gürcüstan -Ermənistan dəmiryolu ilə Ermənistan ərazisinə daxil olub.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat naziri Qevork Papoyan özünün rəsmi “Facebook” səhifəsində yazıb.

“Bu, Ermənistan və Azərbaycan arasında yalnız iki ölkənin sülhün bərqərar olmasından sonra deyil, həm də müstəqilliyin əldə edilməsindən sonra ilk ilk ticari-iqtisadi əməliyyatdır”, – deyə Papoyan qeyd edib.

Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR neft şirkəti ilk dəfə olaraq yerli mənşəli yükün Ermənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyasından yola salınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
8
konkret.az

10Sources