EN

ABŞ Maduronun ətrafı ilə əlaqədə ittiham edilən 7 şəxsə sanksiya tətbiq etdi

BAKI, 20 dekabr. TELEQRAF

ABŞ hakimiyyəti Venesuela Prezidenti Nikolas Maduronun ətrafı ilə əlaqədə olduqları iddia edilən yeddi fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilir ki, məhdudiyyətlər korrupsiya ilə mübarizə bəhanəsi ilə, həmçinin Venesuela hökumətindən regionun sabitliyinə təhlükə yarandığı iddiası əsasında tətbiq olunub.

Sanksiyalar beş Venesuela vətəndaşını və iki Panama vətəndaşını əhatə edir.

Chosen
47
teleqraf.com

1Sources