EN

Limon formalı planet aşkarlanıb | VİDEO

AzVision.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, təxminən Yupiter ölçüsündə olan planet, ətrafında dövr etdiyi, hər 7,8 saatdan bir orbitini tamamlayan pulsarın (sürətlə fırlanan neytron ulduz) cazibə qüvvəsi ilə ciddi şəkildə deformasiyaya uğrayır və Yerdən təxminən 750 işıq ili uzaqlıqda yerləşir.

Onun atmosferi demək olar ki, tamamilə molekulyar karbondan ibarətdir və əvvəllər görünməmiş bir xüsusiyyətə malik su, metan və ya karbon dioksid ehtiva etmir. Planetin mənşəyi sirr olaraq qalır: bu,neytron ulduzunun ətrafında dövr edən yeganə məlum qaz nəhəngidir.


Sahil İsgəndərov
AzVision.az
Chosen
106
azvision.az

1Sources