EN

Azərbaycan piy və yağ ixracını 1 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 25 milyon 991,02 min ABŞ dolları dəyərində 16 min 123,66 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib.

Aznews.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 2 %, həcmi isə 1,1 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında bitki və heyvan mənşəli piy və yağların payı 0,96 % təşkil edir.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 648 milyon 607,36 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.

Chosen
41
4
aznews.az

10Sources