İsrailin Baş naziri Binyamin Netanyahu dekabrın 29-da Floridada ABŞ Prezidenti Donald Tramp ilə İrana təkrar zərbələr endirmək imkanlarını müzakirə edəcək.
Redaktor.az xəbər verir ki, "NBC News" bu barədə mənbələrə istinadən xəbər verib.
Mənbələrin məlumatına görə, Netanyahu Tehranın genişlənən raket proqramının və İsrail, region, ABŞ-nin maraqları üçün təhdid kimi qəbul edilən nüvə obyektlərinin bərpasının sübutlarını təqdim etmək niyyətindədir.