AZ

Netanyahu Trampa İrana yeni zərbələr planını təqdim etmək istəyir

İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 29-da Floridada ABŞ Prezidenti Donald Tramp ilə İrana təkrar zərbələr endirmək imkanlarını müzakirə edəcək.

Xezerxeber.az-ın məlumatına görə, "NBC News" bu barədə mənbələrə istinadən xəbər verib.

Mənbələrin məlumatına görə, Netanyahu Tehranın genişlənən raket proqramının və İsrail, region, ABŞ-nin maraqları üçün təhdid kimi qəbul edilən nüvə obyektlərinin bərpasının sübutlarını təqdim etmək niyyətindədir.

Seçilən
32
2
xezerxeber.az

8Mənbələr